The Daily Baku
Tailandda kranın qatarın üzərinə düşməsi nəticəsində 22 nəfər ölüb, 70 nəfər xəsarət alıb
14 yanvar 2026
09:23

Tailandda tikinti kranının sərnişin qatarının üzərinə düşməsi nəticəsində həlak olanların sayı 22 nəfərə, xəsarət alanların sayı isə 70 nəfərə çatıb.
"The Daily Baku"nun məlumatına görə, bu barədə "Khaosod" qəzeti xəbər verib.
Həlak olanların əksəriyyəti qırıntılar altında sıxılıb qalıb.
Hadisə krallığın şimal-şərqində yerləşən Nakxonratçasima əyalətində baş verib. Qatar Banqkok - Ubonratçatxani marşrutu ilə hərəkət edirdi. Toqquşma nəticəsində qatar relsdən çıxıb və yanğın baş verib.
Hadisə yerində xilasetmə xidmətlərinin əməkdaşları işləyirlər, onlar üç vaqonda bloklanmış sərnişinləri xilas etməyə çalışırlar.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/tailandda-kranin-qatarin-uzerine-dusmesi-neticesinde-22-nefer-olub-70-nefer-xesaret-alib