Suriya ordusu Hələbdə Suriya Demokratik Qüvvələrinə (SDQ) qarşı hərbi əməliyyata başlayıb.
Bu barədə "The Daily Baku" SANA-ya istinadən xəbər verir.
Məlumatlara görə, Hələbin Şeyx Maqsud, Əşrəfiyyə və Bəni Zeyd rayonlarında komendant saatı tətbiq edilib.
Mülki əhaliyə SDQ-nın bütün mövqelərindən uzaq durmağa çağırış edilib, bu mövqelər ordunun leqitim hədəfləri elan edilib.
Xatırladaq ki, Suriyanın paytaxtında vəziyyət yanvarın 6-da "SDQ"nin pilotsuz uçuş aparatları ilə hökumət qüvvələrinin mövqelərinə hücum etdikdən sonra kəskinləşmişdi. Hücum nəticəsində 5 nəfər həlak olub, 30-dan çox insan yaralanıb. Şəhər mərkəzindəki dövlət qurumları işlərini dayandırıb, məktəb və universitetlərdə dərslər təxirə salınıb. Həmçinin Hələb beynəlxalq hava limanında uçuşlar dayandırılıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/suriya-ordusu-sdqye-qarsi-herbi-emeliyyata-baslayib
