SON XƏBƏRLƏR
Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|
Cümə axşamı, 4 İyun 2026
The Daily Baku
The Daily Baku
Cümə axşamı, 4 İyun 2026
GündəmSiyasətDünyaBiznesTexnoAvtoCəmiyyətTəhsilSəyahətİdmanMultimedia
The Daily Baku
  1. Ana səhifə
  2. Biznes
  3. "S&P": 2026-cı ildə Azərbaycan bank sektorunun sağlamlaşdırılması mexanizmini təkmilləşdirəcək
Biznes

"S&P": 2026-cı ildə Azərbaycan bank sektorunun sağlamlaşdırılması mexanizmini təkmilləşdirəcək

23 yanvar 2026
16:40
"S&P": 2026-cı ildə Azərbaycan bank sektorunun sağlamlaşdırılması mexanizmini təkmilləşdirəcək

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan banklarının 2026-cı ildə əvvəlki iki ilin səviyyəsində dayanıqlılıqlarını qoruyacaqlarını gözləyir.

"The Daily Baku" bu barədə "S&P Global Ratings"in hesabatına istinadən xəbər verir. Gözləntilərə görə, bankların gəlirlilik və kapital göstəriciləri mülayim olacaq, lakin yenə də regionda kreditlərin verilməsi yüksək orta artım templəri - 15-20 % səviyyəsində, həmçinin aktivlərin dayanıqlılıq keyfiyyəti ilə dəstəklənəcək.

Agentlik qeyd edib ki, son bir neçə ildə Qazaxıstan və Azərbaycanda bank sektorunun tənzimləyiciləri tərəfindən nəzarət tədbirləri əhəmiyyətli dərəcədə güclənib. Qazaxıstan artıq Bazel III standartlarını və risk-əsaslı nəzarəti tətbiq edib, Azərbaycan isə onların tətbiqetmə prosesindədir.

Bununla yanaşı, analitiklərin fikrincə, Azərbaycanda iqtisadi artım templəri əsasən karbohidrogen gəlirlərinin azalmasını əks etdirir: neft hasilatının azalması və qaz hasilatının həcmlərində staqnasiya qeyri-neft sektorundakı mülayim artımı üstələyir.

"Bank sektorunun tənzimləyicisi kimi Azərbaycan Mərkəzi Bankı 2024-2026-cı illər üçün Maliyyə Sektorunun İnkişafı Strategiyasını hazırlayıb. Strategiyaya əsasən tənzimləyici risk-əsaslı nəzarətə və MHBS9 (IFRS) standartlarına keçir. Eyni zamanda, 2026-cı ildə Bazel III tələblərinə uyğunlaşdırılması üçün kapital adekvatlığı sisteminin yenidən nəzərdən keçirilməsi, bankların stress testləşməsinin keçirilməsi üçün tələblərin sərtləşdirilməsi, bazar riskləri üzrə yeni tənzimləyici bazanın tətbiqi planlaşdırılır. Bu il həmçinin bank sektorunun sağlamlaşdırılması mexanizminin inkişafı davam etdiriləcək", - hesabatda vurğulanıb.

"S&P" qeyd edib ki, 2025-ci ildə agentlik Azərbaycanın BICRA qiymətləndirmələrində sahəvi risk proqnozunu "sabit"dən "müsbət"ə yenidən nəzərdən keçirib. Bu, analitiklərin fikrincə, ölkədə bank tənzimlənməsinin və nəzarətinin güclənməsini əks etdirir.

Agentlik, həmçinin vurğulayıb ki, tarixən Azərbaycanda kreditləşmə dinamikası neft qiymətləri ilə sıx korrelyasiya olub.

"S&P"nin proqnozuna görə, 2026-cı ildə kreditləşmə üzrə artım tempinin 2025-ci ilin səviyyəsinə uyğun olaraq 12 % həddində olacaq. Bu, regiondakı [müqayisə edilə bilən ölkələrə nisbətən] ən aşağı iqtisadi artım templəri və neft qiymətlərinin azalması gözləntiləri ilə əlaqədardır. Eyni zamanda, Azərbaycanda özəl sektorun borc səviyyəsi müqayisə edilə bilən ölkələr arasında ən aşağı olaraq qalır. "S&P"nin qiymətləndirməsinə görə, ev təsərrüfatlarının borcunun ÜDM-ə nisbəti 15 %, korporativ sektorun borclarının nisbəti isə 11 % təşkil edir.

"S&P" hesab edir ki, geosiyasi risklər region üçün ən əhəmiyyətli risklərdən biri olaraq qalır. Agentlik, həmçinin vurğulayıb ki, Rusiya ilə Ukrayna arasındakı münaqişənin həlli hələ də qeyri-müəyyənlik təşkil edir və bu, region ölkələrinin iqtisadiyyatlarına təsir göstərəcək.

Eyni zamanda, hesabatın müəllifləri bildiriblər ki, region ölkələrinin iqtisadiyyatları son üç ildə olduğu kimi ticarət axınlarının, kapital hərəkətinin və miqrasiyanın artmasından faydalanmağa davam edirlər.

Agentlik qeyd edib ki, Mərkəzi Asiya və Qafqaz ölkələri regionu üçün əsas ticarət tərəfdaşı olan Rusiyada mövcud makroiqtisadi qeyri-müəyyənlik fonunda Qərb və Rusiya ilə siyasi münasibətlərdə balansın qorunması çətin vəzifə olaraq qalacaq.

"Ermənistan üçün isə Azərbaycanla hərtərəfli sülh sazişinin imzalanması və həyata keçirilməsi ilə bağlı qeyri-müəyyənlik qalmaqdadır", - hesabatda vurğulanıb.

© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.

https://dailybaku.az/az/article/sp-2026-ci-ilde-azerbaycan-bank-sektorunun-saglamlasdirilmasi-mexanizmini-tekmillesdirecek
Paylaş:

Xəbər lenti

  • Roma Papası İlham Əliyevi təbrik edib
    Roma Papası İlham Əliyevi təbrik edib
  • SOCAR Azərbaycanda karbonun saxlanması üçün potensial sahələr axtarır
    SOCAR Azərbaycanda karbonun saxlanması üçün potensial sahələr axtarır
  • Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir
    Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir
  • Niderland rəsmiləri Azərbaycanda əlaqəlilik və energetika sahəsində əməkdaşlığı müzakirə ediblər
    Niderland rəsmiləri Azərbaycanda əlaqəlilik və energetika sahəsində əməkdaşlığı müzakirə ediblər
  • Tramp ABŞ tərəfindən Hörmüz blokadasının payızadək uzadıla biləcəyini bildirib
    Tramp ABŞ tərəfindən Hörmüz blokadasının payızadək uzadıla biləcəyini bildirib