Son sutka ərzində Hörmüz boğazından 4-ü neft tankeri daxil olmaqla 15 gəmi keçib.
"The Daily Baku" "Mehrnews"a istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi-Dəniz Qüvvələrinin mətbuat xidmətinin məlumatında bildirilir.
"Fars körfəzi və Hörmüz boğazında olan kommersiya gəmiləri və tankerlərə regiondankənar qüvvələrlə hər hansı bir əməkdaşlığın birbaşa təhlükəsizlik təhdidi kimi qiymətləndiriləcəyi və qarşısının alınacağı barədə xəbərdarlıq edilir", - məlumatda qeyd olunub.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/son-24-saatda-hormuz-bogazindan-15-geminin-kecdiyi-bildirilib
