The Daily Baku
Somali ərazi bütövlüyünü dəstəklədiyinə görə Azərbaycana təşəkkür edib
30 dekabr 2025
11:49

Somali ərazi bütövlüyünü dəstəklədiyinə görə Azərbaycana minnətdarlığını bildirib.
"The Daily Baku" xəbər verir ki, bu barədə Somali Xarici İşlər Nazirliyinin kommunikasiyalar üzrə direktor müavini Əhməd Qaşaan (Ahmed Gaashaan) "X" hesabında yazıb.
"Biz Azərbaycanın Somali Federativ Respublikasının birliyi, suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı nümayiş etdirdiyi mövqeyə hörmətlə yanaşırıq. Bu mövqe Azərbaycanın beynəlxalq hüquq prinsiplərinə və beynəlxalq səviyyədə tanınmış dövlətçiliyin qorunmasına sadiqliyini əks etdirir", - o qeyd edib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/somali-erazi-butovluyunu-desteklediyine-gore-azerbaycana-tesekkur-edib
Şəkil Qalereyası

Böyüt