The Daily Baku
SOCAR və "Naftogaz Group" yeni əməkdaşlıq imkanlarını müzakirə edib
20 yanvar 2026
18:01

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Ukraynanın "Naftogaz Group" şirkəti arasında yeni əməkdaşlıq imkanları müzakirə edilib.
"The Daily Baku" xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Dünya İqtisadi Forumunun 2026-cı il toplantısı (WEF 2026) çərçivəsində "Naftogaz Group"un İdarə Heyətinin sədri və baş icraçı direktoru (CEO) Sergeу Koretski ilə görüş keçirdim. Müzakirələr zamanı əməkdaşlığın genişləndirilməsinə və yeni əməkdaşlıq imkanlarının araşdırılmasına sadiqliyimizi bir daha təsdiqlədik", - o qeyd edib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/socar-ve-naftogaz-group-yeni-emekdasliq-imkanlarini-muzakire-edib