Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi "SOCAR Polymer" şirkəti 2025-ci ildə 97 min ton hazır məhsul istehsal edib.
''The Daily Baku'' "SOCAR Polymer"ə istinadən xəbər verir ki, istehsal həcmi 2024-cü il illə müqayisədə 33 % artıb.
Ötən il zavodun istehsal etdiyi məhsulun 78,4 %-i və yaxud 76 min tonu Türkiyə və Avropa bazarlarına ixrac edilib, qalanı yerli bazara yönəldilib.
"SOCAR Polymer"in Yüksək Sıxlıqlı Polietilen (YSPE) Zavodu 18 fevral 2019-cu ildə istismara verilib. YSPE bu gün qeyri-neft sənayesinin, kiçik və orta biznes subyektlərinin inkişafına, ixrac potensialının artmasına və iqtisadiyyatın şaxələndirilməsinə mühüm töhfə verir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/socar-polymer-oten-il-istehsali-33-artirib
