The Daily Baku
SOCAR Moldovanın enerji şirkətləri ilə əməkdaşlığı genişləndirir
3 mart 2026
13:58

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Moldovanın enerji şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.
"The Daily Baku" SOCAR-a istinadən xəbər verir ki, bu barədə müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəfin Moldovanın energetika naziri Dorin Junqetu ilə görüşündə aparılıb.
Görüşdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi qeyd olunub, bu baxımdan Cənub Qaz Dəhlizinin rolu xüsusi vurğulanıb.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/socar-moldovanin-enerji-sirketleri-ile-emekdasligi-genislendirir