SON XƏBƏRLƏR
Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|
Cümə axşamı, 4 İyun 2026
The Daily Baku
The Daily Baku
Cümə axşamı, 4 İyun 2026
GündəmSiyasətDünyaBiznesTexnoAvtoCəmiyyətTəhsilSəyahətİdmanMultimedia
The Daily Baku
  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Siyasi ekspert: Qarabağda bərpa prosesi Prezidentin birbaşa nəzarətindədir
Cəmiyyət

Siyasi ekspert: Qarabağda bərpa prosesi Prezidentin birbaşa nəzarətindədir

15 yanvar 2026
14:25
Siyasi ekspert: Qarabağda bərpa prosesi Prezidentin birbaşa nəzarətindədir

Prezident İlham Əliyevin İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərləri dövlət başçısı üçün bu prosesin nə qədər həssas və strateji əhəmiyyət daşıdığını açıq şəkildə göstərir.

The Daily Baku xəbər verir ki, bunu siyasi ekspert Xəyal Bəşirov deyib.

Ekspertin sözlərinə görə, Prezidentin azad edilmiş ərazilərə tez-tez səfər etməsi, mövsümə və hava şəraitinə baxmayaraq həmin bölgələrdə aparılan bərpa-quruculuq işləri ilə yerində tanış olması bir daha təsdiqləyir ki, Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi, insanların doğma torpaqlarına qayıdışı dövlət siyasətinin əsas prioritetidir. Onun fikrincə, bu səfərlər sadəcə rəsmi gediş-gəliş deyil, bütün proseslərin şəxsən nəzarətdə saxlanıldığının göstəricisidir.

Xəyal Bəşirov bildirib ki, dövlət başçısının əsas məqsədi insanların mümkün qədər tez və təhlükəsiz şəkildə öz yurdlarına qayıtmasını təmin etməkdir. Lakin bu prosesin ciddi mərhələlərdən keçdiyini də xatırladan ekspert qeyd edib ki, əvvəlcə minalardan təmizləmə aparılır, ardınca genişmiqyaslı infrastruktur layihələri icra olunur. Prezidentin yerli televiziya kanallarına son müsahibəsində qeyd etdiyi kimi, hazırda həmin ərazilərdə təxminən 70 kilometr uzunluğunda tunellər inşa edilir ki, bu da mürəkkəb relyefə malik bölgələrdə dövlətin texniki və maliyyə imkanlarının bariz göstəricisidir.

Ekspert vurğulayıb ki, qısa zamanda yüzlərlə kilometr beynəlxalq standartlara cavab verən avtomobil yollarının çəkilməsi, kilometrlərlə körpülərin tikilməsi, üç beynəlxalq hava limanının istifadəyə verilməsi, dəmir yolu xətlərinin bərpası, su, günəş və külək elektrik stansiyalarının inşası Azərbaycanın bərpa strategiyasının miqyasını açıq şəkildə ortaya qoyur. Onun sözlərinə görə, artıq bir çox obyekt istifadəyə verilib, paralel şəkildə yeni layihələrin də əsası qoyulur.

“Prezidentin həmin ərazilərə hər səfəri yeni yaşayış məntəqələrinin, enerji obyektlərinin, sosial və inzibati infrastrukturların açılışı ilə müşayiət olunur. Ən vacib məqam isə qayıdan sakinlərə mənzillərin açarlarının təqdim edilməsidir. Bu səfərlər Qarabağ və Şərqi Zəngəzurda yaşayan və qayıtmağa hazırlaşan insanlar üçün əsl bayrama çevrilir”, – deyə Xəyal Bəşirov qeyd edib.

Ekspert xatırladıb ki, Prezidentin açıqladığı rəsmi statistikaya əsasən, artıq 70 minə yaxın insan azad edilmiş ərazilərə köçürülüb və mənzillərlə təmin edilib. Onun fikrincə, bu, təkcə evlərin verilməsi deyil, eyni zamanda məktəblərin, səhiyyə müəssisələrinin, dövlət idarələrinin, yolların, kommunikasiya və enerji xətlərinin tam şəkildə qurulması deməkdir. Məhz bu kompleks yanaşma real və dayanıqlı qayıdışın əsasını təşkil edir.

Xəyal Bəşirov vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan sürətli bərpa işləri digər regionlarda sosial-iqtisadi proqramların dayandırılması hesabına həyata keçirilmir. Dövlət başçısının dəfələrlə qeyd etdiyi kimi, ölkənin bütün bölgələrində sosial layihələr davam etdirilir, sadəcə uzun illər işğal altında qalan ərazilərdə quruculuq daha intensiv aparılır. Bu isə insanların doğma torpaqlara qayıdış arzusundan irəli gəlir.

Ekspert əlavə edib ki, Qozlu körpü Su Elektrik Stansiyasının açılışı və digər enerji layihələri həmin bölgələrin dayanıqlı enerji təminatına keçidini sürətləndirir və iqtisadi dirçəlişi gücləndirir. Onun sözlərinə görə, bu proses Azərbaycanın iqtisadi, sosial və infrastruktur imkanlarının artdığını, miqyasının genişləndiyini nümayiş etdirir.

“Nəticə etibarilə, uzun illər işğal altında qalmış, ağır dağıntılara məruz qalmış Qarabağ və Şərqi Zəngəzurda addım-addım həyatın bərpa edilməsi Azərbaycan dövlətinin gücünü və siyasi iradəsini göstərir. Azərbaycan xalqı bu siyasəti dəstəkləyir və Prezident İlham Əliyevin həm müharibə dövründə, həm də bugünkü bərpa mərhələsində nümayiş etdirdiyi qətiyyət və məsuliyyəti yüksək qiymətləndirir”, – deyə Xəyal Bəşirov bildirib.

Ekspertin fikrincə, bu proses hələ davam edir və Azərbaycan dövlətinin məqsədi yalnız torpaqları azad etmək deyil, həmin torpaqlara həyat, ruh və gələcək bəxş etməkdir. Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının ayrılmaz tərkib hissəsidir və bu yol ardıcıl şəkildə davam etdirilir.

© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.

https://dailybaku.az/az/article/siyasi-ekspert-qarabagda-berpa-prosesi-prezidentin-birbasa-nezaretindedir
Paylaş:

Xəbər lenti

  • Roma Papası İlham Əliyevi təbrik edib
    Roma Papası İlham Əliyevi təbrik edib
  • SOCAR Azərbaycanda karbonun saxlanması üçün potensial sahələr axtarır
    SOCAR Azərbaycanda karbonun saxlanması üçün potensial sahələr axtarır
  • Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir
    Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir
  • Niderland rəsmiləri Azərbaycanda əlaqəlilik və energetika sahəsində əməkdaşlığı müzakirə ediblər
    Niderland rəsmiləri Azərbaycanda əlaqəlilik və energetika sahəsində əməkdaşlığı müzakirə ediblər
  • Tramp ABŞ tərəfindən Hörmüz blokadasının payızadək uzadıla biləcəyini bildirib
    Tramp ABŞ tərəfindən Hörmüz blokadasının payızadək uzadıla biləcəyini bildirib