Şimali Koreya lideri hərbi sənaye kompleksində yoxlamalar aparıb

Koreya Xalq Demokratik Respublikası (KXDR) rəhbəri Kim Çen İn ölkənin hərbi sənaye kompleksi obyektlərinə təftiş həyata keçirib.
"The Daily Baku" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.
Səfər zamanı dövlət başçısını Koreya Əmək Partiyası (KƏP) Mərkəzi Komitəsinin (MK) katibi Ço Çxun Ryon və digər rəsmilər müşayiət ediblər.
Kim Çen İn 2026-cı ilin birinci yarımilliyi üzrə müdafiə istehsalı planlarının icra gedişatını öyrənib. O, "müxtəlif döyüş sursatlarının buraxılışının artırılmasında rekord templər təmin edən və Koreya Xalq Ordusunun döyüş potensialının gücləndirilməsinə mühüm töhfə verən" hərbi sənaye müəssisələri əməkdaşlarının əmək əhval-ruhiyyəsini yüksək qiymətləndirib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.