ABŞ-nin Kentukki ştatında yerləşən banklardan birinə edilən silahlı basqın zamanı cinayətkar iki əməkdaşı qətlə yetirib.
"The Daily Baku" xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.
Xəbərə görə, faciəvi hadisə aprelin 30-da Briya şəhərində qeydə alınıb. Silahlı cinayətkarın ofisə daxil olması nəticəsində bankın iki işçisi - bir qadın və bir kişi ölümcül güllə yaraları alıblar.
"Şübhəli şəxsin bankdan hər hansı bir məbləğlə və ya qənimətlə ayrılıb-ayrılmadığı məlum deyil", - deyə materialda qeyd olunur.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/silahli-hucum-neticesinde-abs-bankinda-iki-emekdas-oldurulub
