The Daily Baku
Sibiqanın Cənubi Koreya səfəri diplomatik təmasların genişlənməsinə xidmət edəcək
22 iyun 2026
14:14

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa gələn həftə Cənubi Koreyaya səfər etməyi planlaşdırır.
"The Daily Baku" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
O, iyunun 30-da Seulda Cənubi Koreyanın xarici işlər naziri Ço Hyonla danışıqlar aparacaq, ikitərəfli münasibətləri, eləcə də Ukrayna və Rusiya arasında davam edən müharibəni müzakirə edəcək.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/sibiqanin-cenubi-koreya-seferi-diplomatik-temaslarin-genislenmesine-xidmet-edecek