The Daily Baku
SEPAH-ın “Həsən əl-Əmmam” diviziyasının artilleriya komandiri öldürülüb
6 aprel 2026
16:24

"The Daily Baku" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat verib.
Məlumata görə, "Həsən əl-Əmmam" diviziyasının atəşin idarə edilməsinə cavabdeh olan baş qərargahına zərbə endirilməsi nəticəsində artilleriya rəisi Kamal Malham, diviziya komandirinın köməkçisi Yəhya Həsən və bir sıra digər yüksək rütbəli hərbçilər öldürülüb.
İsrail Müdafiə Qüvvələrinin məlumatına əsasən, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli olan "Həsən əl-Əmmam" diviziyası "müqavimət oxu"nun möhkəmləndirilməsini təmin edir və İsrail qüvvələrinə və mülki əhaliyə hücumları idarə edir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/sepah-in-hesen-el-emmam-diviziyasinin-artilleriya-komandiri-oldurulub-1