The Daily Baku
SEPAH cavab əməliyyatlarının mesaj xarakteri daşıdığını bildirib
3 iyun 2026
11:33

ABŞ-a qarşı həyata keçirilən cavab zərbələri ona dərs olmalıdır.
"The Daily Baku" "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə SEPAH-ın ictimaiyyətlə əlaqələr departamenti məlumat yayıb.
Açıqlamada bildirilir ki, ötən gecə ABŞ ordusu Hörmüz boğazı yaxınlığında İran neft tankerinə hava zərbəsi endirib və nəticədə tankerin mühərrik bölməsi zədələnib.
“Bu təcavüz aktına və Hörmüz boğazında qüvvədə olan qaydaların pozulmasına cavab olaraq, Amerikanın və İsrailin gəmisi sayılan ‘Panaya’ adlı gəmi SEPAH Hərbi Dəniz Qüvvələrinin raketləri ilə hədəfə alınıb”, – bəyanatda qeyd olunub.
Açıqlamada daha sonra bildirilib ki, ABŞ hərbçiləri Qeşm adasında yerləşən SEPAH-a məxsus rabitə qülləsini vurublar.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/sepah-cavab-emeliyyatlarinin-mesaj-xarakteri-dasidigini-bildirib