The Daily Baku
Səhiyyə Nazirliyi: Qohum olmayanların orqan donoru olması məsəlsəinə baxılır
31 yanvar 2026
11:28

Ölkəmizdə transplantasiya əməliyyatları sistemləşdirilmiş şəkildə aparılır.
"The Daily Baku" xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda keçirilən elmi-praktiki dəyirmi masada çıxışı zamanı bildirib.
Nadir Zeynalov qeyd edib ki, transplantasiya əməliyyatları ilə bağlı gözləmə siyahısı var.
"Xüsusi mexanizmlərdən istifadə edilir. Koordinasiya Mərkəzində yaxın qohum olmayanların orqan donoru olması məsəlsəinə baxılır. Bundan əlavə, sistemin elektronlaşması məsələsi gündəmdədir. Bu sahədə müəyyən işlər görülüb, hələ ki tamamlanmayıb”, deyə nazir müavini bildirib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/sehiyye-nazirliyi-qohum-olmayanlarin-orqan-donoru-olmasi-meselseine-baxilir