The Daily Baku
Səfirlik: Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycanla əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcək
10 fevral 2026
20:55

ABŞ-nin Azərbaycandakı səfirliyi iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasını şərh edib.
"The Daily Baku" xəbər verir ki, müvafiq paylaşım diplomatik nümayəndəliyin "X" sosial şəbəkəsindəki səhifəsində dərc olunub.
"Bu sənəd iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcək. ABŞ Cənubi Qafqaz regionunun böyük potensialının reallaşdırılması istiqamətində Azərbaycanla sıx əməkdaşlığı davam etdirməyə sadiqdir", - məlumatda qeyd olunub.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/sefirlik-strateji-terefdasliq-xartiyasi-azerbaycanla-elaqelerin-daha-da-mohkemlenmesine-tohfe-verecek