The Daily Baku
Səfirlik: Heydər Əliyev Mərkəzinin ABŞ bayrağı ilə proyeksiyası tərəfdaşlığın güclü xarakterini əks etdirir
11 fevral 2026
16:55
Heydər Əliyev Mərkəzi Azərbaycanda səfərdə olan Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey Di Vensin şərəfinə ABŞ bayrağının rəngləri ilə işıqlandırılıb.
"The Daily Baku" xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" hesabında paylaşım edilib.
"Bu gözəl jest ABŞ–Azərbaycan tərəfdaşlığının güclü və inkişaf edən xarakterini əks etdirir və dostluğumuzun, əməkdaşlığımızın, eləcə də daha parlaq gələcək və qarşılıqlı rifah naminə ortaq öhdəliyimizin güclü simvoludur", - deyə paylaşımda qeyd edilib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/sefirlik-heyder-eliyev-merkezinin-abs-bayragi-ile-proyeksiyasi-terefdasligin-guclu-xarakterini-eks-etdirir