The Daily Baku
Səfir: Tramp ABŞ-ın İrana hücum etmək niyyətində olmadığını deyib
15 yanvar 2026
17:46

ABŞ prezidenti Donald Tramp İrana hücum etmək niyyətinin olmadığını rəsmi Tehrana bildirib.
"The Daily Baku" “Dawn” nəşrinə istinadən xəbər verir ki, bu barədə İranın Pakistandakı səfiri Reza Amiri Moqəddəm danışıb.
O vurğulayıb ki, dünən Tramp ABŞ-ın İrana hücum etməyəcəyini bəyan edib və İrandan ABŞ-ın regiondakı maraqlarını hədəfə almamağı istəyib.
Qeyd edək ki, İran ABŞ tərəfindən hücuma məruz qalacağı təqdirdə, bu ölkənin regiondakı hərbi bazalarını hədəfə alacağı ilə bağlı xəbərdarlıq edib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/sefir-tramp-abs-in-irana-hucum-etmek-niyyetinde-olmadigini-deyib