The Daily Baku
Səfir: İsrail Azərbaycanla sosial sahədə əməkdaşlığı gücləndirmək niyyətindədir
24 dekabr 2025
16:51

İsrail Azərbaycanla sosial sahədə əməkdaşlığı gücləndirmək niyyətindədir.
"The Daily Baku" xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Ronen Kraus "X" hesabında yazıb.
Paylaşımda həmçinin qeyd olunur ki, diplomat bu gün İsrailin təşəbbüsü ilə 4 nömrəli internat tipli ümumtəhsil məktəbində təmir olunmuş Musiqi Otağının açılışında iştirak edib.
"İsrail Dövləti Azərbaycanla bütün sahələrdə mövcud olan münasibətlərdən qürur duyur. Biz əməkdaşlığımızı, xüsusilə sosial rifah və icma dəstəyi sahələrində daha da gücləndirməyə sadiqik", - Kraus yazıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/sefir-israil-azerbaycanla-sosial-sahede-emekdasligi-guclendirmek-niyyetindedir