Səfir Azərbaycan–Türkiyə əlaqələrinin ən yaxşı dövrünü yaşadığını bildirib

Türkiyə vəAzərbaycan arasında münasibətlər tarixdə ən yüksək mərhələni yaşayır.
"The Daily Baku" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün 1992-ci ildə Türkiyənin ilk çini fabriki olaraq qurulan və 300-ə yaxın satış nöqtəsi ilə 60 ölkədə fəaliyyət göstərən "Seranit" brendinin "SinerjiPro" ilə birgə Bakıda keçirilən tədbirində bildirib.
Onun sözlərinə görə, iqtisadi, siyasi, mədəniyyət və enerji sahələri daxil olmaqla bütün istiqamətlər üzrə iki ölkə arasında əlaqələr sürətlə dərinləşir.
"Xüsusilə 2020-ci ildəki 44 günlük Vətən müharibəsindən sonra Qarabağın azad edilməsi ilə bu münasibətlər tamamilə yeni baxış qazanıb. Şuşa Bəyannaməsi ilə Türkiyə və Azərbaycan artıq real mənada strateji müttəfiqə çevrilib", – səfir vurğulayıb.
B. Akgün qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyevin liderliyi ilə iki ölkənin həmrəyliyi dünya üçün nümunə olacaq səviyyəyə çatıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.