The Daily Baku
Sandu Moldova və Rumıniyanın birləşməsini Aİ üzvlüyünə sürətli yol kimi görür
28 aprel 2026
15:49

Moldova Prezidenti Maya Sandu ölkəsinin Rumıniya ilə birləşməsini Avropa İttifaqına (Aİ) daxil olma prosesini sürətləndirmək yollarından biri kimi nəzərdən keçirir.
"The Daily Baku" xəbər verir ki, bu barədə o, "Le Monde" qəzetinə müsahibəsində bildirib.
Sandu vurğulayıb ki, Moldova üçün Aİ-yə inteqrasiya sadəcə bir istək deyil, "demokratik dövlət kimi sağ qalmaq strategiyasıdır".
Onun sözlərinə görə, Rusiyanın təzyiqlərinə qarşı durmaq üçün Aİ-nin genişlənməsi təkcə Moldovanı deyil, həm də Ukraynanı, eləcə də Qərbi Balkan ölkələrini əhatə etməlidir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/sandu-moldova-ve-ruminiyanin-birlesmesini-ai-uzvluyune-suretli-yol-kimi-gorur