The Daily Baku
Şahbaz Şərif İran-ABŞ atəşkəsini müzakirə etmək üçün Dohaya səfər edəcək
16 aprel 2026
13:54

Pakistanın Baş naziri Şahbaz Şərif Qətər əmiri Təmim bin Həməd Al Tani ilə görüşmək üçün bu ölkənin paytaxtı Dohaya gedəcək.
"The Daily Baku" xəbər verir ki, bu barədə "Sky News" telekanalının məlumatında deyilir.
Tərəflər İranla ABŞ arasında uzunmüddətli atəşkəsə nail olunması perspektivlərini müzakirə etmək niyyətindədirlər.
Məlumata görə, dünən Şərif Ciddədə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşüb. Görüşdə ABŞ ilə İran arasında atəşkəsə nail olunmasında, həmçinin İslamabadda keçirilmiş danışıqların təşkilində Pakistanın rolu müzakirə edib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/sahbaz-serif-iran-abs-ateskesini-muzakire-etmek-ucun-dohaya-sefer-edecek