The Daily Baku
Rusiyanın Odessaya endirdiyi zərbələr nəticəsində 20-dən çox insan yaralanıb
27 yanvar 2026
10:23

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Odessa şəhərinə endirdiyi zərbələr nəticəsində 22 nəfər xəsarət alıb.
"The Daily Baku" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Odessa şəhər hərbi administrasiyasının rəhbəri Sergey Lısaka istinadən məlumat yayıb.
Bildirilib ki, şəhərə kütləvi hücum pilotsuz uçuş aparatları ilə edilib. İnfrastruktur obyektinə, çoxmənzilli yaşayış binalarına, uşaq bağçasına, mağazaya və tikinti meydançasına ziyan dəyib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/rusiyanin-odessaya-endirdiyi-zerbeler-neticesinde-20-den-cox-insan-yaralanib