Həştərxan qaz emalı zavodu pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb, dron qalıqlarının düşməsi nəticəsində yanğın baş verib.
"The Daily Baku" xəbər verir ki, bu barədə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin sosial şəbəkələrdə məlumat verib.
Onun sözlərinə görə, bəzi PUA-lar vurulub, bəziləri isə radioelektron mübarizə vasitələri ilə zərərsizləşdirilib.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın bir neçə saat ərzində söndürüləcək.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/rusiyanin-hesterxan-vilayetinde-senaye-obyektine-hucum-edilib
