Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın Samara vilayətindəki "Samara" xətti-istehsalat-dispetçer stansiyasına dronlarla zərbələr endirib.
"The Daily Baku" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində obyektdə genişmiqyaslı yanğın baş verib.
İlkin məlumatlara görə, hər birinin həcmi 20 min kubmetr olan beş xam neft rezervuarı zədələnib.
"Samara" stansiyası Rusiyanın neft nəqli infrastrukturunun mühüm hissəsidir və "Urals" ixrac neft növünün istehsalı ilə bağlıdır
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/rusiyada-neft-stansiyasina-hucum-yanginla-neticelenib
