The Daily Baku
Rusiyada benzin və dizel yanacağının ixracına qoyulan müvəqqəti qadağa uzadılıb
27 dekabr 2025
15:24
"The Daily Baku" xəbər verir ki, bu barədə “TASS” Nazirlər Kabinetinə istinadən məlumat yayıb.
Məlumata görə, yeni fərmanla avtomobil benzininin ölkə xaricinə ixracına müvəqqəti qadağa 28 fevral 2026-cı ilə qədər uzadıb", - deyə bəyanatda bildirilir. Qadağa birbaşa istehsalçılar da daxil olmaqla hər kəsə şamil olunacaq.
Bununla yanaşı, fərmanla gəmi yanacağının, dizel yanacağının və digər qazoyllərin, o cümlədən birjadan alınanların ixracına qoyulan qadağanı 28 fevral 2026-cı ilə qədər uzadılıb. Bu, neft məhsullarının birbaşa istehsalçılarına şamil edilməyəcək.
Məhdudiyyətlər 28 dekabrda qüvvəyə minəcək. Hökumət daxili yanacaq bazarında sabitliyi qorumaq üçün bu tədbirləri həyata keçirir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/rusiyada-benzin-ve-dizel-yanacaginin-ixracina-qoyulan-muveqqeti-qadaga-uzadilib