Kamçatkanın (Rusiya) şərq sahillərində Sakit okean akvatoriyasında 5,8 maqnitudalı zəlzələ baş verib.
"The Daily Baku"nun Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə REA Vahid Geofizika Xidmətinin Federal Tədqiqat Mərkəzinin Kamçatka filialından bildiriblər.
Yeraltı təkanın episentri Petropavlovsk-Kamçatskidən 232 kilometr şərqdə yerləşib, ocaq 40,5 kilometr dərinlikdə olub.
Rusiyanın FHN-nin Kamçatka diyarı üzrə Baş İdarəsinin məlumatına görə, ötən həftə regionda 31 zəlzələ baş verib, onlardan dördü müxtəlif yaşayış məntəqələrində hiss olunub.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/rusiyada-58-maqnitudali-zelzele-qeyde-alinib
