Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatının (PUA) "Aeronaviqasiya"nın inzibati binasına düşməsi səbəbindən Rusiyanın cənubundakı 13 hava limanının fəaliyyəti dayandırılıb.
Bu barədə Rusiya KİV-ləri RF Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
"Rusiyanın cənubunda hava hərəkətini idarə edən Rostovdakı regional mərkəzin fəaliyyəti Ukrayna PUA-larının "Cənubi Rusiyanın Aeronaviqasiyası" filialının inzibati binasına düşməsi səbəbindən müvəqqəti olaraq tənzimlənib", - məlumatda deyilir.
Məlumata görə, "Cənubi Rusiyanın Aeronaviqasiyası" filialının heyəti təhlükəsiz yerdədir. Hazırda avadanlığın işləmə qabiliyyətinin təhlili aparılır.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/rusiyada-13-hava-limaninin-isi-pua-hucumu-sebebinden-dayandirilib
