Rusiya zərbələri Ukraynanın müxtəlif bölgələrində itkilərə yol açıb

Rusiya Ukraynanın Zaporojye, Xerson və Sumı vilayətlərinə zərbələr endirib, nəticədə 32 nəfər yaralanıb.
"The Daily Baku" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, Zaporojyedə ikisi uşaq olmaqla 9 nəfər yaralanıb.
"Aviazərbələr nəticəsində çoxmənzilli yaşayış binası qismən dağılıb, xilasedicilər onun dağıntıları altından iki nəfəri çıxarıblar. Daha bir zərbə təhsil müəssisəsinin ərazisinə düşüb. Həmçinin qonşu yaşayış binalarına, şəxsi əmlaka və avtomobillərə də ziyan dəyib", - məlumatda bildirilib.
Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin bildirib ki, regionun Rusiya tərəfindən atəşə tutulması nəticəsində 13 nəfər yaralanıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.