ABŞ vitse-prezidenti Cey. Di. Vens bildirib ki, Vaşinqton anlaşma memorandumu ilə bağlı İranla fikir ayrılıqlarını müzakirə etməyə hazırdır, lakin zorakılığa güclə cavab vermək niyyətindədir.
"The Daily Baku" xəbər verir ki, bu barədə Vens "X" sosial şəbəkə hesabında yazıb.
"İran atəşkəs müqaviləsi imzalayıb. Biz ona əməl edirik, amma anlaşma memorandumunun həyata keçirilməsi ilə bağlı fikir ayrılıqları olarsa, zəng edə bilərlər. Lakin ABŞ zorakılığa zorakılıqla cavab verəcək", - deyə o qeyd edib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/abs-zorakiliga-qarsi-guc-tetbiq-etmekden-cekinmeyecek
