The Daily Baku
Rusiya Zaporojye və Xerson vilayətlərinə zərbələr endirdi, yaralananlar var
16 mart 2026
12:15

Rusiya qoşunlarının Ukraynanın Xerson və Zaporojye vilayətlərinə endirdiyi zərbələr nəticəsində 11 nəfər yaralanıb.
''The Daily Baku'' xəbər verir ki, bu barədə Ukrayna KİV-i Vilayət Hərbi Administrasiyalarının rəhbərlərinə istinadən məlumat yayıb.
Zaporojye vilayət hərbi administrasiyasının rəisi İvan Fyodorov bildirib ki, Zaporojyenin bombalanması nəticəsində 6 nəfər xəsarət alıb.
Eyni zamanda, Xerson Vilayət Hərbi Administrasiyasının rəisi Aleksandr Prokudin qeyd edib ki, hücumlar nəticəsində beş mülki şəxs yaralanıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/rusiya-zaporojye-ve-xerson-vilayetlerine-zerbeler-endirdi-yaralananlar-var