The Daily Baku
Rusiya və Ukrayna arasında Zaporojye AES-lə bağlı atəşkəs elan edilib
17 yanvar 2026
09:29

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) direktoru Rafael Qrossi Rusiya və Ukrayna arasında Zaporojye Atom Elektrik Stansiyasındakı ehtiyat elektrik xəttinin təmiri üçün yerdə atəşkəs rejiminin tətbiqi barədə razılığa gəlindiyini açıqlayıb.
"The Daily Baku" xəbər verir ki, bu barədə agentliyin saytında dərc olunmuş mətbuat açıqlamasında bildirilib.
"Bu gün AEBA Rusiya və Ukrayna arasında yerdə atəşkəs rejiminin tətbiqi barədə razılıq əldə edib. Bu, Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasında (ZNPP) qalan son ehtiyat elektrik xəttində təmir işlərinə başlamağa imkan verəcək", - deyə məlumatda qeyd olunub.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/rusiya-ve-ukrayna-arasinda-zaporojye-aes-le-bagli-ateskes-elan-edilib