Rusiya və Ukrayna ABŞ-ın vasitəçiliyi ilə Abu-Dabidə danışıqların ikinci raunduna başlayıb

ABŞ-ın vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında danışıqların ikinci raundu Abu-Dabidə başlayıb. Bu barədə çərşənbə günü Ukrayna nümayəndə heyətinin üzvü məlumat verib.
"The Daily Baku" xəbər verir ki, barədə, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov Telegram sosial şəbəkəsində paylaşımında bildirib: “Abu-Dabidə danışıqların növbəti mərhələsi başlayıb.”
Umerovun sözlərinə görə, danışıqlar prosesi Ukrayna, ABŞ və Rusiyanın iştirakı ilə “üçtərəfli formatda” start götürüb.
“Daha sonra ayrı-ayrı qruplar çərçivəsində iş aparılacaq… bundan sonra mövqelərin yenidən birgə uzlaşdırılması planlaşdırılır,” – deyə o qeyd edib.
Ukraynalı rəsmi vurğulayıb ki, nümayəndə heyəti “ləyaqətli və davamlı sülhə nail olmaq” üçün çalışır.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.