The Daily Baku
Rusiya Ukraynada mədən işçilərini daşıyan avtobusa zərbə endirib, 15 nəfər ölüb, 16 yaralı var
2 fevral 2026
09:42

Rusiya ordusu Dnepropetrovsk bölgəsində enerji işçilərinə qarşı hədəflənmiş hava hücumu nəticəsində xəsarət alanların sayı 16-ya yüksəlib.
"The Daily Baku" xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Qanja məlumat verib.
Onun sözlərinə görə, xəsarət alanlardan 14 nəfər xəstəxanadadır, onların yeddisinin vəziyyəti ağırdır.
Qeyd edək ki, hHücum nəticəsində 15 mədən işçisi həlak olub.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/rusiya-ukraynada-meden-iscilerini-dasiyan-avtobusa-zerbe-endirib-15-nefer-olub-16-yarali-var