The Daily Baku
Rusiyanın Kiyevə dron və raket hücumu nəticəsinə elektrik və su təchizatında problem yaranıb
20 yanvar 2026
12:46

Rusiya silahlı qüvvələri bu gün səhər saatlarında Ukraynanın paytaxtı Kiyevə pilotsuz uçuş aparatı və raket hücumu həyata keçirib.
"The Daily Baku"nun xəbərinə görə bu barədə Kiyev meri Vitali Kliçko özünün "Telegram" kanalında yazıb.
Onun sözlərinə görə, hücum nəticədə şəhərdə elektrik və su təchizatında kəsintilər baş verib.
"Dnepr çayının şərq sahilinə endirilən zərbə həm elektrik, həm də su təchizatını pozub. Yaşayış üçün nəzərdə tutulmayan bir bina vurulub və bir nəfər yaralanıb", deyə o qeyd edib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/rusiya-kiyevi-pilotsuz-ucus-aparati-ve-raketlerle-vurdu-elektrik-ve-su-techizatini-kesdi