The Daily Baku
Rusiya İrandakı vətəndaşlarını Azərbaycan vasitəsilə ölkəni tərk etməyə çağırıb
28 fevral 2026
15:17

Rusiyanın İrandakı səfirliyi vətəndaşlarını Azərbaycan və Ermənistan ərazisi vasitəsilə ölkəni tərk etməyə çağırır.
"The Daily Baku" xəbər verir ki, bu barədə Rusiyanın Tehrandakı diplomatik missiyasının bəyanatında deyilir.
"Səfirlik məlumat verir ki, İrandan çıxmaq üçün optimal marşrutlar Astara vasitəsilə Azərbaycana və "Nurduz"/"Aqarak" buraxılış məntəqəsi vasitəsilə Ermənistana keçiddir. Hərəkət zamanı ehtiyatlı və sayıq olmağınızı xahiş edirik", - məlumatda deyilir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/rusiya-irandaki-vetendaslarini-azerbaycan-vasitesile-olkeni-terk-etmeye-cagirib