The Daily Baku
Rusiya — hərbi komendantlıq binasında partlayış, ölənlər və dağıntılar altında qalanlar var
17 fevral 2026
16:59

Rusiyada hərbi komendantlıq binasında partlayış baş verib.
"The Daily Baku" yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Leninqrad vilayətinin Vsevolojsk rayonunda yerləşən hərbi komendantlığın binasında qeydə alınıb.
İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, dağıntılar altında daha bir neçə nəfərin qala biləcəyi bildirilir.
Partlayışdan sonra binanın ikinci və üçüncü mərtəbələrində uçqun baş verib, əlavə çökmə təhlükəsi qalır.
Hadisə yerinə təcili yardım və digər operativ xidmət əməkdaşları cəlb olunub.
Axtarış-xilasetmə işləri davam etdirilir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/rusiya-herbi-komendantliq-binasinda-partlayis-olenler-ve-dagintilar-altinda-qalanlar-var