Dağıstanın dörd yaşayış məntəqəsində 120-yə yaxın ev su altında qalmaqda davam edir.
"The Daily Baku" bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir
"Dağıstan Respublikasında dörd yaşayış məntəqəsində 117 yaşayış evi, 122 həyətyanı sahə və 6 avtomobil yolu sahəsi hələ də su altındadır. İki bələdiyyədə enerji təchizatının bərpası istiqamətində işlər davam etdirilir. 537 nəfər, o cümlədən 159 uşaq 15 müvəqqəti yerləşdirmə məntəqəsindədir", - məlumatda qeyd olunub.
Məlumata görə, Şimali Qafqazda əlverişsiz hava şəraitinin fəsadlarının aradan qaldırılmasına 2 mindən çox mütəxəssis və 680 vahid texnika, eləcə də Rusiya FHN-in aviasiyası cəlb olunub.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/rusiya-fhn-dagistanda-dasqinla-bagli-son-veziyyeti-aciqlayib
