The Daily Baku
Rusiya Azərbaycan diaspor rəhbərini vətəndaşlıqdan məhrum etdi
24 fevral 2026
14:33

Rusiyanın İvanovo şəhərində yerli Azərbaycan diasporunun rəhbəri Asif Məmmədov ölkənin Federal Təhlükəsizlik Xidmətinin (FTX) qərarı ilə Rusiya vətəndaşlığından məhrum edilib.
"The Daily Baku"nun xəbərinə görə, bu barədə Rusiya "Telegram" kanalları məlumat yayıb.
Qeyd olunur ki, Asif Məmmədovun "milli təhlükəsizliyə təhdid yaradan fəaliyyətlərə" görə vətəndaşlıqdan çıxarıldığı bildirilib.
İddia edilir ki, o, şəhər şurasına namizədliyini irəli sürmək qərarına gəlib, lakin seçicilərə müraciəti yerli sakinlərin narazılığına səbəb olub, nəticədə Asif Məmmədov namizədliyini geri götürməyə məcbur olub.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/rusiya-azerbaycan-diaspor-rehberini-vetendasliqdan-mehrum-etdi