ABŞ bu gün müharibənin dayandırılmasına dair saziş layihəsinə İrandan cavab almağı gözləyir.
"The Daily Baku" xəbər verir ki, bu barədə bu gün İtaliyada jurnalistlərə ABŞ-nin dövlət katibi Marko Rubio bildirib.
"Biz bu gün onlardan cavab gözləyirik. Son bir saat ərzində hələ ki cavab almamışıq. Ola bilsin ki, daha sonra bizə daxil olar. Onların sistemi hələ də parçalanmış və müəyyən dərəcədə qeyri-funksional olaraq qalır. Bu da maneə yaratmış ola bilər. Ümid edirəm ki, onlardan ciddi bir təklif gələcək. Çox ümid edirəm", - Rubio deyib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/rubio-iranla-mumkun-razilasmadan-danisib
