Pakistan nümayəndələri ABŞ və İsrailin İranla münaqişəsinin sülh yolu ilə başa çatdırılması səyləri çərçivəsində mayın 21-i Tehrana səfər edəcəklər.
"The Daily Baku" xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio bildirib.
"Pakistanlılar bu gün İrana yola düşəcəklər. İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub... Bəzi yaxşı əlamətlər var", - o qeyd edib.
Lakin dövlət katibi vaxtından əvvəl nikbinliyə qapılmamaq barədə xəbərdarlıq edib: "Yaxın bir neçə gün ərzində vəziyyət aydınlaşacaq".
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/rubio-iran-meselesinde-diplomatik-prosese-dair-aciqlama-verib
