The Daily Baku
"Real" Kurtuanın yerinə İsveçrə millisinin qolkiperini gətirmək istəyir
26 fevral 2026
15:12

İspaniyanın "Real" klubu qapıçısı Tibo Kurtuanın yerinə əsas namizədi müəyyən edib.
''The Daily Baku'' "Fichajes" nəşrinə istinadən xəbər verir ki, bu, İsveçrə millisində və Almaniyanın "Borussiya" (Dortmund) komandasında çıxış edən Qreqor Kobeldir.
"Kral klubu" 28 yaşlı qolkiperi heyətinə qatmaq niyyətindədir.
Kurtuanın Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq və sözləşmənin yenilənməsi üçün danışıqlar aparılmır.
Xatırladaq ki, Qreqor Kobel 2021-ci ildən Dortmund klubunun formasını geyinir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/real-kurtuanin-yerine-isvecre-millisinin-qolkiperini-getirmek-isteyir