Qvineya Prezidenti Mamadi Dumbuyanın fərmanı ilə keçid dövrü Baş naziri Amadu Uri Banın başçılıq etdiyi hökumət istefaya göndərilib.
"The Daily Baku" xəbər verir ki, bu barədə "Guinee 360" xəbər portalı məlumat yayıb.
O, nazirliklərin baş katiblərinə yeni hökumət təyin edilənədək öz qurumlarının cari işləri ilə məşğul olmağı tapşırıb. Yeni kabinetin rəhbərinin adı və tərkibinin yaxın günlərdə məlum olacağı gözlənilir.
Hökumətin istefası M.Dumbuyanın Prezident vəzifəsinə başlamasından təxminən bir həftə sonra baş verib. O, 2025-ci il dekabrın 28-də ölkədə keçirilmiş seçkilərdə qalib gəlib. Qvineyada prezidentlik müddəti yeddi ildir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/qvineya-prezidenti-hokumeti-istefaya-gonderib
