The Daily Baku
Qarafuliç: Qarabağda aparılan bərpa işlərinin miqyası və keyfiyyəti diqqət çəkir
15 may 2026
11:49

Qarabağda aparılmış yenidənqurma işləri dərin və hərtərəfli olması ilə seçilir.
Bunu BMT-nin Azərbaycandakı müvəqqəti rezident-əlaqələndiricisi İqor Qarafuliç "Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması" mövzusunda beynəlxalq konfransın açılışında bildirib.
"Təxminən iki həftə əvvəl Qarabağa səfər etdim. Hər şeyin dərindən düşünülməsi və bərpa işlərinin yüksək keyfiyyəti həqiqətən çox güclü təəssürat yaradır", - o qeyd edib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/qarafulic-qarabagda-aparilan-berpa-islerinin-miqyasi-ve-keyfiyyeti-diqqet-cekir