BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisinin vəzifələrini icra edən İqor Qarafuliç ölkədəki missiyası başa çatması ilə bağlı Azərbaycana minnətdarlığını bildirib.
"The Daily Baku" xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı nümayəndəliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
"İqor Qarafuliç Azərbaycan hökumətinə, tərəfdaşlarına, BMT-nin Ölkə Komandasındakı həmkarlarına, eləcə də ölkədə işlədiyi dövrdə onu qəbul edən və dəstəkləyən hər kəsə səmimi minnətdarlığını bildirir", - məlumatda qeyd olunub.
Xatırladaq ki, 2026-cı ilin yanvarında Vladanka Andreyevanın missiyası başa çatdıqdan sonra İqor Qarafuliç BMT-nin Azərbaycandakı müvəqqəti rezident-əlaqələndiricisi təyin edilmişdi.
BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisi vəzifəsinə isə Dmitri Şlapaçenko təyin olunub, o, iyulun 1-də öz vəzifələrinin icrasına başlayacaq.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
