The Daily Baku
Qarabağ və Şərqi Zəngəzurda ötən il rabitə infrastrukturu ilə bağlı görülmüş işlər açıqlanıb
5 yanvar 2026
10:49

2025-ci ildə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ümumilikdə 9 şəhər, 27 kənd və qəsəbədə rabitə infrastrukturu qurulub.
"The Daily Baku" xəbər verir ki, bu barədə "Aztelekom" MMC məlumat yayıb.
Məlumata görə, hesabat dövründə işğaldan azad edilmiş ərazilərdə infrastruktura 4 308 yeni abunəçi (ev təsərrüfatı və biznes subyektləri) qoşulub.
Həmin ərazilərdə quraşdırılmış 25 OLT (Optik Xətt Terminalı) avadanlığı vasitəsilə müasir GPON (Giqabit Tutumlu Passiv Optik Şəbəkə) texnologiyası üzərindən sabit və sürətli internet bağlantısı yaradılıb.
Qarabağ regionu üzrə layihənin 2025-ci il üçün nəzərdə tutulan mərhələsi çərçivəsində planlaşdırılmış 25 magistral xəttin tikintisi üzrə işlər uğurla başa çatdırılıb. Ümumi uzunluğu 1 000 kilometrə yaxın olan fiber-optik magistral şəbəkə bölgədə rabitə infrastrukturunun dayanıqlığını və təhlükəsizliyini təmin edir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/qarabag-ve-serqi-zengezurda-oten-il-rabite-infrastrukturu-ile-bagli-gorulmus-isler-aciqlanib