The Daily Baku
"Qalatasaray" - "Fənərbağça" oyununun başlama saatı dəyişdirilib
9 yanvar 2026
17:08

"Qalatasaray" və "Fənərbağça" arasında keçiriləcək Türkiyə Superkubokunun final oyununun başlama saatı dəyişdirilib.
"The Daily Baku" xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
Yanvarın 10-da baş tutacaq qarşılaşma qeyri-sabit hava şəraiti ilə əlaqədar Bakı vaxtı ilə saat 19:45-də start götürəcək.
Qeyd edək ki, daha əvvəl matçın saat 21:30-da başlanması nəzərdə tutulub.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/qalatasaray-fenerbagca-oyununun-baslama-saati-deyisdirilib