The Daily Baku
Qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti matçlar keçiriləcək
12 yanvar 2026
09:33

Voleybol üzrə Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçiriləcək.
"The Daily Baku" xəbər verir ki, qadınların yarışında iki təxirə salınan görüş baş tutacaq.
VII turdan təxirə salınan matçda "Milli Aviasiya Akademiyası" evdə "Gənclər"i qəbul edəcək. II turdan təxirə salınan qarşılaşmada isə UNEC evdə "Abşeron"la üz-üzə gələcək.
Kişi voleybolçuların birinciliyində isə IX tura start veriləcək. "Azərreyl" Fövqəladə Hallar Nazirliyinin idman zalında "Ordu" ilə qarşılaşacaq.
Qeyd edək ki, hər üç görüş saat 17:00-da başlayacaq.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/qadin-ve-kisi-voleybolcular-arasinda-azerbaycan-cempionatinda-novbeti-matclar-kecirilecek