The Daily Baku
PUA qalıqları Volqoqrad vilayətindəki neft bazasında yanğına səbəb olub
10 yanvar 2026
10:18

Rusiyanın Oktyabrski rayonunda PUA qalıqlarının düşməsi nəticəsində neft bazasında yanğın qeydə alınıb.
"The Daily Baku" xəbər verir ki, bu barədə Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov öz "Telegram" kanalında məlumat yayıb.
Qubernatorun sözlərinə görə, yerli məktəbdə müvəqqəti yerləşdirmə məntəqəsi hazır vəziyyətə gətirilib. Bu, yanğın ocağına yaxın evlərin sakinlərinin təxliyə edilməsi zərurəti yaranacağı təqdirdə lazımdır.
Məlumata əsasən, yanğınsöndürənlər və operativ xidmətlər, həmçinin bələdiyyə qurumunun əməkdaşları hadisə yerində işləyirlər.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/pua-qaliqlari-volqoqrad-vilayetindeki-neft-bazasinda-yangina-sebeb-olub