The Daily Baku
Prezident: Sülh əldə edildikdən sonra Azərbaycan vasitəsilə Ermənistana, daha sonra isə Avropa istiqamətinə gedən dəhlizin də çox böyük potensialı var
14 fevral 2026
18:08

Biz Mərkəzi Asiyadakı tərəfdaşlarımızla Xəzər dənizinin dibi ilə çəkiləcək fiber-optik layihəsi üzərində işləyirik. Bununla bağlı işlər aparılacaq, həmçinin yeni imkanlara nəzər salırıq.
"The Daily Baku" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Münxendə “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrdə bildirib.
“Ermənistanla sülh əldə edildikdən sonra Azərbaycan vasitəsilə Ermənistana, daha sonra isə Avropa istiqamətinə gedən dəhlizin də çox böyük potensialı var”, - deyə dövlətimizin başçısı əlavə edib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/prezident-sulh-elde-edildikden-sonra-azerbaycan-vasitesile-ermenistana-daha-sonra-ise-avropa-istiqametine-geden-dehlizin-de-cox-boyuk-potensiali-var